RU

Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BAKI, 30 yanvar. TELEQRAF

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət işçisi, tanınmış ictimai xadim, jurnalist və şair-publisist Umud Mirzəyevin 65 illik yubileyi münasibətilə Mətbuat Şurasında (MŞ) tədbir təşkil olunub.

Teleqraf xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri və idarə heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Azər Allahverənov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Türkiyə səfirliyinin mətbuat müşaviri Cahangir İşbilir, professor Cahangir Məmmədli və digər tanınmış media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində yazıçı-jurnalist Gülşən Behbudun Umud Mirzəyevin həyat və fəaliyyətindən bəhs edən, onun 65 illik yubileyinə həsr olunan “Təmənnasız missiya” adlı kitabının təqdimatı da keçirilib.

Çıxış edənlər yubilyar Umud Mirzəyevin uzunillik jurnalist fəaliyyəti, beynəlxalq humanitar təşəbbüsləri və Azərbaycanın media və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.

Bildirilib ki, Umud Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüb. Onun fəaliyyətinin böyük hissəsinin Qarabağ mövzusu ilə bağlı olması xüsusi vurğulanıb.

Избранный
34
16
teleqraf.com

10Источники