ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən 1 fevrala qədər Kiyevə zərbələr endirməməyi xahiş edib və o da bununla razılaşıb.
Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"ABŞ Prezidenti Donald Tramp, danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər bir həftə ərzində Kiyevə zərbə endirməmək üçün şəxsi xahişi ilə (Putinə – red.) müraciət edib", - deyə Peskov bildirib.
Putinin Trampın xahişini yerinə yetirməyə razı olub -olmadığı soruşulduqda, Peskov belə cavab verib: "Bəli, əlbəttə ki, bu, Trampın şəxsi xahişi idi".
Kremlin sözçüsü bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.