RU

Abbas Əraqçi: Türkiyə İranın yanındadır

İsrailin İrana hücumu zamanı və yanvar ayında baş verən hadisələrdə Türkiyə İran xalqının yanında dayandı...

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla İstanbulda birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İran bununla bağlı Türkiyə Prezidentinin, xarici işlər nazirinin və digər rəsmi şəxslərin məntiqli və məsuliyyətli mövqeyinə görə minnətdardır.

“Hər iki ölkə regiondan kənar qüvvələrin qeyri-qanuni müdaxilələrinin regionu ciddi təhlükə ilə üz-üzə qoyduğu ilə bağlı strateji analizdə həmfikirdirlər. İkitərəfli əməkdaşlığın zərurəti bu cür böhranların nəzarət altına alınmasında həmişəkindən daha çox hiss olunur”,-Əraqçi qeyd edib.

Poliqon.info

Избранный
8
50
poliqon.info

10Источники