İran danışıqlar masasına oturmağa hazırdır.
Bunu İstanbulda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Əraqçi İranın nüvə danışıqlarına hər zaman hazır olduğunu vurğulayıb: “Biz hüquqi haqlarımızın da nəzərə alına biləcəyi danışıqlar prosesinin tərəfdarıyıq. İran İslam Respublikası xüsusilə danışıqlar məsələsi ilə bağlı masaya oturmağa hazırdır. Biz hər zaman nüvə danışıqlarımızın ədalətli, bərabərhüquqlu və qarşılıqlı etimada əsaslanan sülh çərçivəsində aparılmasını müdafiə etmişik”, – deyə Əraqçi qeyd edib.
O, ABŞ-ın niyyətinin yaxşı olmadığını vurğulayıb.
APA
Tarix: 30 Yanvar 2026, 15:46