RU

Komitə rəsmisi: Uşaqlara aid hüquqi proseslərdə psixoloqun məcburi iştirakı tələb ediləcək  

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin 7-ci fəslində uşaqlarla bağlı mülki, cinayət və inzibati icraatlar zamanı uşağın mühüm prosessual təminatları əks olunub və icraatın uşaqyönümlü aparılması üçün tələblər müəyyənləşib. Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraatın uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyənləşdirilməsi məqsədilə hərtərəfli yanaşmadan (yəni multidisiplinar) istifadə edərək həyata keçirilməsi tələb olaraq müəyyənləşdirilib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova səsləndirib.

O bildirib ki, qanun layihəsində uşaqlarla bağlı istənilən qərarın qəbulu zamanı əsas götürülməli olan 8 prinsipial tələb müəyyən edilib. Bu tələblər uşağın təhlükəsizliyinin təmin edilməsi, təhsil, səhiyyə və sosial müdafiə xidmətlərinə çıxışı, zorakılıq riskinin aradan qaldırılması, hərtərəfli inkişafının dəstəklənməsi, uşağın fikrinin öyrənilməsi və valideynləri ilə münasibətlərinin qiymətləndirilməsi, onlarla ünsiyyətinin təmin olunması və s. məsələləri əhatə edir.

“Uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilməlidir. Layihədə uşaqların psixoloji rifahına xüsusi önəm verilir. Uşaqlar barəsində mülki və cinayət işləri üzrə proseslərdə psixoloqun məcburi qaydada iştirakı tələb ediləcək. İcraatı aparan şəxslərin uşaqla iş üzrə bilik və bacarıqlara malik olması əsas tələblərdən biri kimi göstərilir”, - deyə Dövlət Komitəsinin şöbə müdiri vurğulayıb.

Избранный
31
24
azerbaijan-news.az

10Источники