Çempionlar Liqasında liqa mərhələsini 22-ci yerdə başa vuran, başqa sözlə, pley-offa vəsiqə qazanan “Qarabağ” Liverpuldan qayıdarkən xoş qarşılandı. Komandanı görmək üçünə hava limanına yollanan azarkeşlər həm baş məşqçi Qurban Qurbanovu, həm də futbolçuları təbrik etdi.
Bilindiyi kimi, “köhlən atlar” Misli premyer-liqasının 17-ci turunda “Turan Tovuz”la qarşılaşacaq. Bəs, “bozqurd” tarixi uğura imza atan rəqibi üçün “şərəf dəhlizi açacaqmı”? Qonaqlar bunu gerçəkləşdirmək niyyətində olsa, Peşəkar Futbol Liqası “Turan Tovuz” üçün şərait yaradacaqmı?
Bu gün səhər saatlarında ilk sualı klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə, ikincini isə PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq. Lakin hələ heç birindən cavab ala bilməmişik. Maraqlıdı, “şərəf dəhlizi”nin açılıb-açılmayacağına aydınlıq gətirmək üçün bu qədər uzun müddət düşünmək lazımdı? Yoxsa, pərdəarxasında ya təxmin etməkdə çətinlik çəkdiyimiz, ya da ağlımıza belə gətirmək istəmədiyimiz söhbətlər var?
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Turan Tovuz" matçı fevralın 1-də, saat 18.30-da başlayacaq.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта