RU

Ötən il turistlər ən çox nəqliyyat xidmətlərindən narazı qalıblar ARAŞDIRMA

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

2025-ci ildə Azərbaycana turizm məqsədilə səfər etmiş 1 milyon 804,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 1 milyon 625,5 min nəfəri ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb.Avtosfer.az report-a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 0,8 % azdır.Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub - 443 343 nəfər. Amma bu göstərici əvvəlki illə müqayisədə 16,2 % azdır.Türkiyədən gələn məmnun turistlərin sayı 194 409 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 35 % artım deməkdir.Hindistandan gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 140 094 nəfər təşkil edib ki, bu da illik müqayisədə 32,7 % azdır.Bununla yanaşı, 179,3 min nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Bu da əvvəlki illə nisbətən 17 % azdır.Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb - 45 804 nəfər. Lakin bu göstərici də illik müqayisədə 35,2 % azalıb.Narazı turistlər arasında Türkiyədən olanların sayı 16,4 % artaraq 23 063 nəfər, Hindistandan olanların sayı isə 39 % azalaraq 16 722 nəfər olub.Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % azdır.Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 14 412 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 6 % artım deməkdir.Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 16 706 nəfər təşkil edib ki, bu da illik müqayisədə 14,2 % azdır.İctimai iaşə (qida) xidmətləri ilə bağlı narazılığını isə 33 min nəfər bildirib. Bu da əvvəlki ilə nisbətən 21 % azalma deməkdir.Turagent və turoperatorların xidmətləri ilə bağlı da narazılıq qeydə alınıb. Bu sahədən şikayət edənlərin sayı 19,6 % azalaraq 7 080 nəfərə düşüb.Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 23,8 % azalaraq 18 170 nəfər olub.2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Gələnlərin 23,9 %-i Rusiya, 17,7 %-i Türkiyə, 8,1 %-i İran, 6,5 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,7 %-i İsrail, 2,5 %-i Çin, 2,4 %-i Özbəkistan, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər biri 1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub, 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib.

 

Oxunub 50

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
18
avtosfer.az

10Источники