RU

BOKT-lərin kredit faizləri düşmək bilmir: İllik orta faizlər 35% olub

2025-ci ilin sonuna Azərbaycan bank olmayan kredit təşkilatlarının (BOKT) milli valyutada istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.

Banker.az xəbər verir ki, son bir il ərzində hesabat dövründə bu göstəricidə hər hansı dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, məlumatlara gündəlik (qısamüddətli), həmçinin yaşayış sahəsinin alınması və tikintisi üçün verilən kreditlər daxil deyil.

BOKT-lər 2025-ci ildə kredit portfeli 29% artaraq 1 mlrd. 45.1  mln. mana yaxınlaşıb. Bu kreditlərdən faiz gəliri isə 222.6 mln. manat olub. Bu, illik müqayisədə 8% azdır.  BOKT-lərin problemi kreditlərinin cəmi kredit portfelindəki payı isə 11%-dən 12%-ə qədər yüksəlib.

Nəticədə BOKT-lərin 111.5 mln. manatlıq (illik 26% azalıb) xalis mənfəət əldə ediblər. AMB bildirib ki, bunun azalmasına səbəb 2025-ci ildə zərərin əsas səbəbi BOKT-lər tərəfindən “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın müvafiq tələbinə uyğun olaraq xərclər hesabına xüsusi ehtiyatların yaradılması olub.

Избранный
12
15
banker.az

6Источники