RU

Rusiyanın verdiyi sözə əməl edəcəyi şübhə doğurur

ain.az, Newscenter.az saytına istinadən bildirir.

"Rusiya və Ukraynanın enerji sistemlərinə zərbə endirməmək barədə razılığa gəlməsi alqışlanandır. Əslində bu gözlənilən idi. Çünki belə bir razılaşma hər iki tərəf üçün indiki halda lazımlıdır".Bunu Newscenter.az-a politoloq Arzuman Muradlı Rusiya-Ukrayna razılaşmasını şərh edərkən səsləndirib. O bildirib ki, bir neçə ildir davam edən müharibə hər iki tərəfi tükəndirib:"Həm Rusiya, həm də Ukrayna müharibədə canlı qüvvə və hərbi texnika baxımından ciddi itkilər verib. Paralel olaraq hər iki ölkənin iqtisadiyyatı müharibə nəticəsində çox ağır durumla üzləşib. Ona görə də həm Moskva, həm də Kiyev müəyyən mənada bəzi məsələlərdə güzəştə getməyə məcburdur".Arzuman Muradlı onu da qeyd edib ki, Rusiyanın sözügedən razılaşmaya əməl edəcəyi bir qədər inandırıcı görünmür:"Çünki Rusiya bir qayda olaraq verdiyi vədə, atdığı imzalara sona qədər əməl etməyib. Ən yaxşı nümunə kimi AZAL sərnişin təyyarəsinin vurulmasını göstərə bilərik. Belə ki, təyyarənin vurulmasına görə Rusiya prezidenti azərbaycanlı həmkarı ilə Düşənbədə görüşərkən üzr istəsə və hadisədə həlak olan və xəsarət alanlara görə Moskvanın təzminat ödəyəcəyini bildirsə də, lakin sonradan Rusiya İstintaq Komitəsi həmin hadisə ilə bağlı başlamış cinayət işinə xitam verdi. Bu da Rusiyanın verdiyi sözə, atdığı imzaya nə qədər əməl etmədiyini bir daha təsdiqləmiş oldu. Bir sözlə Moskvanın Kiyevlə əldə edilən razılaşmaya da sadiq qalacağına inanmaq çətindir".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
25
newscenter.az

10Источники