RU

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb: Açarlar təqdim edilib

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ağdərəyə yola salınan növbəti köç karvanı rayonun Həsənriz kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, rayonun Həsənriz kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Həsənriz kəndinə 10 ailənin (52 nəfər) qayıdışı həyata keçirilib. Bununla da kəndə qayıdan ailələrin sayı 265-ə (1041 nəfər) çatıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
87
16
cebheinfo.az

10Источники