RU

Azərbaycan futbolunda transfer gəlirləri xərcləri üstələyib

FIFA 2025-ci il üzrə kişi futbolunda beynəlxalq transfer hesabatını ictimaiyyətə təqdim edib.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, açıqlanan statistikaya əsasən, Azərbaycan transfer aktivliyi və maliyyə dövriyyəsi baxımından dünya sıralamasında 58-ci yerdə qərarlaşıb.

2024-cü il ərzində Azərbaycan klubları heyətlərinə 162 yeni futbolçu cəlb edib. Eyni dövrdə 95 yerli oyunçu xarici klublara transfer olunub. Transfer xərcləri 4,96 milyon ABŞ dolları təşkil etdiyi halda, futbolçu satışlarından əldə olunan gəlir 9,53 milyon dollar olub.

Hesabatda diqqətçəkən məqamlardan biri ölkəyə gələn futbolçuların sayında 45,9 faizlik artımın qeydə alınmasıdır. Buna qarşılıq, Azərbaycan klublarından xaricə edilən transferlərdə 41,8 faiz geriləmə müşahidə olunub.

Избранный
1
6
90deqiqe.az

2Источники