Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev feysbuk səhifəsində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən aşkar edilmiş azyaşlı uşaqla bağlı məlumat paylaşıb.
AzEdu.az xəbər verir ki, Fərid adlı 8 yaşlı uşaq kənar dairəvi yolda, hərəkətin intensiv olduğu və təhlükəli sayılan ərazidən keçərkən YPX əməkdaşları tərəfindən aşkarlanıb. Hazırda uşağın valideynləri ilə əlaqə yaradılması üçün tədbirlər görülür.
Qeyd edək ki, hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.