RU

Tətil günlərində müəllimlər niyə saat 17 dək məktəbdə saxlanılır? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Göygöl rayonunda məktəblərin birində qış tətili dövründə şagirdlər dərsdə olmadığı halda müəllimlər saat 09:00-dan 17:00-a qədər məktəbdə saxlanılır. Bununla bağlı müəllimlərdən biri sosial şəbəkədə yazıb. O, qeyd edib ki, dərs günlərində, məsələn, saat 13:00-da dərslərini bitirib məktəbdən çıxırdılarsa, tətil günlərində 8 saat məktəbdə qalmaları sual yaradır.

Maraqlıdır, bu praktika digər məktəblərdə də tətbiq olunur, yoxsa yalnız müəyyən məktəblərə xasdır?

Dərs günlərində müəllimin dərs saatı 12:00–13:00 arası bitirsə, belə günlərdə konkret təlim, iclas və ya rəsmi tapşırıq yoxdursa, bu cür yanaşma, müəllimlərin iş yükünün süni şəkildə artırılması nə dərəcədə düzgündür?

Redaktor.az-a danışan təhsil eksperti Şəmsi Qocanın sözlərinə görə, tətilin müəllimə aidiyyəti yoxdur:

"Tətil şagirdlər üçündür. Müəllimlər tətil günlərində adi qaydada işləyirlər, yəni 8 saatlıq iş rejimində. Bu qayda bütün məktəblərə aiddir. Lakin kim hansı dərəcədə əməl edib-etmir, deyə bilmərəm. Mən direktor işləyəndə saat 09:00-dan 15:00-a qədər işçilərin məktəbdə olmasını və öz işlərini, sənədlərini qaydasına salmağı təmin və təşkil edirdim".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
22
redaktor.az

10Источники