RU

Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib

Azərbaycanın UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

News365.az xəbər verir ki, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində son matçda "Liverpul"a 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

Aktivində 22.937 xal olan Azərbaycan bu siyahıda Sloveniyanı (22.843) qabaqlayıb. 25-ci yerdə olan Ukraynanın isə 24.412 xalı var.

Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.

Избранный
66
12
news365.az

10Источники