Bakı. Trend:
"Azərbaycanfilm" qalmalıdır, lakin onun mahiyyətidəyişməlidir.
Trend xəbərverir ki, bunu ARKA-nın rəhbəri Rəşad Əzizov media nümayəndələriüçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” AzərbaycanRespublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusundabilgiləndirmə sessiyasında jurnalistlərin suallarınıcavablandırarkən deyib.
Onun sözlərinə görə, “Azərbaycanfilm” artıq yalnız bir mühitrolunu oynamalıdır və kino sahəsində fəaliyyət göstərən şəxslər bumühitdən yararlanmalıdırlar:
"Bu istiqamətdə artıq müəyyən işlər görülür. Bəzi kosmetikxarakterli addımlar atılıb. Yaxın zamanda isə daha geniş islahatlarnəzərdə tutulur və hazırda bir sıra normativ aktlar üzərində işləraparılır".