RU

Dünyanın ən ləzzətli yeməkləri hansı ölkədə hazırlanır? -ARAŞDIRMA

World Population Review resursu dünyanın ən dadlı və ən dadsız mətbəxlərinə malik ölkələrin reytinqini açıqlayıb. Siyahıya əsasən, Yunan mətbəxi bir daha dünyanın ən dadlı mətbəxi kimi tanınıb.

Redaktor.az bu barədə xarici mediada istinadla xəbər verir.

Reytinqdə ilk üçlüyə Yunanıstanla yanaşı İtaliya və Meksika da daxil olub. Onlardan sonra Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin qərarlaşıb. Qeyd edilir ki, bu ölkələrin yeməkləri cari ildə ən yüksək qiymətləri alıb. TOP-10 siyahısı 2024-cü illə müqayisədə demək olar ki, dəyişməyib.

Resursun məlumatına görə, ən dadsız yeməklər Nikaquada, Laosda və Boliviyada hazırlanır. Bu ölkələr 99 dövlətin yer aldığı siyahının son üç pilləsində qərarlaşıb.

Rusiya reytinqdə 34-cü yeri tutub. Bu göstərici ilə o, keçmiş Sovet İttifaqına daxil olan ölkələrin əksəriyyətini geridə qoyub. İstisna olaraq Gürcüstan 30-cu pillədə yer alıb.

Ukrayna mətbəxi 43-cü, Belarus mətbəxi isə 75-ci yerdə qərarlaşıb. Ermənistan və Qazaxıstan mətbəxləri dadsız hesab edilərək müvafiq olaraq 92-ci və 93-cü yerləri tutub. Özbəkistan, Moldova və Qırğızıstan isə ümumiyyətlə reytinqə daxil edilməyib.

Nuriyyə NATİQQIZI

Избранный
74
50
redaktor.az

10Источники