RU

Köç karvanları yurda çatdı - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb.

Hafta.az Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər köçürülüb.

12:53

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

Hafta.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.

Bununla da ümumilikdə Xanyurdu kəndində 129 ailə (455 nəfər), Təzəbinə kəndinə isə 147 ailə (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailə, (2718 nəfər) daimi qayıdışı təmin edilib.

Избранный
109
50
hafta.az

10Источники