RU

Türkiyənin turizmdən gəliri 65 milyard dolları ötüb

İstanbul, 30 yanvar, Günel Karatepe, AZƏRTAC

Ötən il Türkiyənin turizmdən gəliri əvvəlki illə müqayisədə 6,8 faiz artaraq 65 milyard 230 milyon 749 min Amerika Birləşmiş Ştatları dollarına yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun məlumatında bildirilir.

Məlumata əsasən, bu gəlirin 448 milyon 303 min dolları ölkəni ziyarət edən turistlərdən, 782 milyon 446 min dolları isə transfer sərnişinlərdən əldə olunub.

Избранный
34
50
azertag.az

10Источники