Yazıçının məhsulunun prodüser vasitəsilə satışı həll edilməlidir.
"Report" xəbər verir ki, bunu akademik Nizami Cəfərov Mədəniyyət Nazirliyinin təçkilatçılığı ilə keçirilən "Azərbaycan mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.
O, yazıçıların mövzu azadlığına da toxunub:
"Yazıçıya qanunla yaxşı yazmaq tələbini necə qoymaq olar? Yaxud yazıçını necə, nə ilə cəzalandırmaq olar?"
N.Cəfərov həmçinin bildirib ki, konsepsiya çərçivəsində bəzi məsələlərə yenidən baxılmalıdır:
"Yazıçının məhsulunun prodüser vasitəsilə satışı, tanıdılması həll edilməlidir. Yazıçı öz kitabını küçədə satmamalıdır".