RU

Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 23 %-ə yaxın artıb

2025-ci ildə Azərbaycanda əmlak sığortası üzrə 240,878 milyon manat sığorta haqqı toplanılıb.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,2 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 46,474 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,5 % çoxdur.

12 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 19,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 16,2 manat olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.

Избранный
25
far.az

1Источники