RU

"KazMunayQaz" Almatı hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək

"KazMunayQaz-Aero" MMC ("KazMunayQaz" şirkətinin törəmə müəssisəsi) bir sıra xarici hava daşıyıcılarının, o cümlədən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələrinin yanacaqla təmin olunması üzrə müqavilələr imzalayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  söhbət Almatı Beynəlxalq Aeroportunda təyyarələrin yanacaqla təminatı üzrə "SpaceBee Airlines", AZAL, "My Freighter Airlines", həmçinin "Easy Charter" şirkətləri ilə imzalanmış müqavilələrdən gedir.

"Əməkdaşlığın genişləndirilməsi isə aviasiya yanacağının qiymətinin azaldılması və Qazaxıstanın əsas hava qovşaqlarından birində xidmət şərtlərinin rəqabət qabiliyyətinin artırılması nəticəsində mümkün olub", - məlumatda qeyd edilib.

Şirkətdən bildirilib ki, beynəlxalq hava daşıyıcılarının cəlb edilməsi üzrə iş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkənin tranzit potensialının inkişaf etdirilməsi üzrə tapşırıqları çərçivəsində aparılır. (Report)

Избранный
12
23
fed.az

10Источники