RU

Qarabağ ın məğlub etdiyi komanda Sabah ı yenən Rieraya tapşırılır

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sloveniyanın "Tsele" komandasının baş məşqçisi Albert Riera Almaniyanın elita təmsilçisinin "sükanı arxası"na keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Nikolo Skira yayıb.

Məlumata görə, sözügedən mütəxəssisin "Ayntraxt" klubunun rəhbərliyi ilə apardığı danışıqlar müsbət sonluqla yekunlaşmaq üzrədir. Mənbə Rieranın müddəti 2028-ci ilin yayına qədər olan müqaviləyə imza atacağını vurğulayıb.

43 yaşlı Riera 2024-cü ildən "Tsele"nin baş məşqçisidir. Rieranın komandası ötən yay Avropa Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırıb - 2:3, 3:3.

"Qarabağ" bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Ayntraxt"ı 3:2 hesabı ilə yenib.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
50
fanat.az

10Источники