RU

Suriya hökuməti SDQ ilə atəşkəs və inteqrasiya barədə razılığa gəlib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər.

APA “Reuters”ə istinadən xəbər verir ki, atəşkəsə əlavə olaraq SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb.

Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Haseke və Qamışlı şəhərlərinə göndəriləcək.

“Razılaşmanın məqsədi Suriya ərazisinin unifikasiyası və tərəflər arasında əməkdaşlığın gücləndirilməsi vasitəsilə ölkənin yenidən qurulmasında səyləri birləşdirməkdir”,- SDQ bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
85
50
apa.az

10Источники