RU

“Cahan” ticarət mərkəzində NÖVBƏTİ BAHALAŞMA - NARAZILIQ VAR...

[center]“Cahan”[/center]“Cahan” ticarət mərkəzində yerpulunun bir gecədə 110 manat qaldırılması kütləvi etirazlara səbəb olub. Burada yer kiralayan bütün tacirlər dükanlarını bağlı saxlayaraq alveri dayandırıblar.Tacirlər bildirirlər ki, onsuz da satış zəifdir, sosial vəziyyət ağırdır, bu cür ani və əsaslandırılmayan artım isə onları çıxılmaz vəziyyətə salıb. Elə bu səbəbdən də etiraz aksiyasına qərar veriblər.[center][/center]Sahibkarlardan Ə. Quliyev deyir ki, dükanı ailəsinin yeganə dolanışıq yeridir:“Bu dükan ailəmin yeganə gəlir mənbəyidir. Satış onsuz da zəifdir, indi də səbəbsiz yerə əlavə pul tələb edirlər. Etiraz edəndə isə açıq şəkildə deyirlər ki, ‘istəmirsənsə, dükanı bağla, təhvil ver’. Bu sahibkara münasibət deyil, açıq təzyiqdir. Nə edəcəyimizi bilmirik. Şikayətimizə baxan da yoxdur. Çünki bazarın sahibi səlahiyyətli şəxslərlə əlbirdir. Açıq-aşkar bizi soyurlar.”Digər tacir M. Mirzəyev isə bildirir ki, qiymət artımına müxtəlif bəhanələr gətirilsə də, bunlar reallığı əks etdirmir:“Bizə bildirildi ki, hər ay ödədiyimiz məbləğdən əlavə 110 manat da verməliyik. İndiyə qədər 5 kvadratmetr yer üçün 150 manat bazara yerpulu, 85 manat DSMF və 15 manat tibbi sığorta ödəyirdik. İndi deyirlər ki, bubqiymətlər artıb. Halbuki DSMF cəmi 15 manat, tibbi sığorta isə 2 manat artıb. Amma bazar sahibi fürsətdən istifadə edib yerpulunu 110 manat qaldırır. Bu, yolverilməzdir. Onsuz da insanların vəziyyəti ağırdır, alver yoxdur.”“Gündəlik Naxçıvan”

Избранный
31
50
yenisoz.az

10Источники