RU

“ABŞ nin İran ərazisinə hava zərbələri yaxın günlərdə başlaya bilər” HƏRBİ ESKPERT

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“ABŞ əraziyə kifayət qədər ciddi sayda qoşun toplayıb. Bu qoşunların daşınması həm böyük xərclər, həm də böyük risklər yaradır. İran isə ABŞ-nin tələbləri qarşısında geri addımlar atacağı real görünmür”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev deyib:

“Ən azından İran rəhbərliyi tərəfindən verilən bəyanatlar ABŞ ilə konfrontasiyanı gücləndirir. Çox yaxın günlərdə, əgər İran öz mövqeyindən geri addım atmasa, o zaman ABŞ-nin hava hücumlarına məruz qala bilər.

ABŞ hücumlarının ləngiməsinə səbəb olan iki amil var idi. Bunlardan biri, daha əvvəl ABŞ-nin əraziyə kifayət qədər qoşun cəmləşdirə bilməməsi idi. Bu artıq aradan qalxıb. İkinci məsələ isə İrana qarşı istifadə olunacaq ərəb ölkələrindəki bazaların bu hücumlara cəlb edilməsi idi ki, bir çox ərəb ölkələri ABŞ ilə bu məsələdə tam razılaşmırdı. Ona görə də bu proses bir qədər ləngiyib.

Hesab edirəm ki, ABŞ Yaxın Şərqdəki müttəfiqləri ilə hərbi əməliyyatların başlanması və onların ərazisindəki hərbi bazaların istifadəsi ilə bağlı razılıq əldə etdikdən qısa müddət sonra zərbələri həyata keçirəcək”.

Onu da qeyd edək ki, Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Avropa İttifaqı İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.

Yanvarın 29-da Avropa İttifaqı İrana qarşı əlavə sanksiya tədbirlərinin tətbiqi barədə razılığa gəlib. Məhdudiyyətlər son etiraz aksiyalarının yatırılmasına görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı yönəlib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda başlayan kütləvi etirazlara milli valyuta – İran rialının kəskin ucuzlaşması səbəb olub. Narazılıqlara cavab olaraq İran hakimiyyəti nəzarət tədbirlərini sərtləşdirib, etirazçılara qarşı gözyaşardıcı qaz və travmatik silahlardan istifadə edib. Tehran baş verən iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
50
icma.az

10Источники