RU

Fars körfəzi ölkələri ABŞ–İran müharibəsinin qarşısını almağa çalışır

Fars

Fars körfəzi ölkələri, o cümlədən Qətər, Oman və Birləşmiş Ərəb Əmirlikləri, ABŞ ilə İran arasında yeni müharibənin qarşısını almaq üçün səylər göstərir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ərəb və müsəlman ölkələri iki dövlət arasında gərginliyi azaltmaq məqsədilə həm ABŞ, həm də İranla danışıqlar aparır. Xüsusilə, onlar ABŞ prezidenti Donald Trampı İrana zərbə endirməkdən çəkindirməyə çalışırlar. "FT" yazır ki, bu addım “Yaxın Şərqdə daha genişmiqyaslı münaqişəyə səbəb ola və Tehranın Fars körfəzindəki neft və qaz obyektlərini hədəfə almasına gətirib çıxara bilər”.

Qəzetin qiymətləndirməsinə görə, Trampın Tehranın Vaşinqtonla razılaşma əldə etməsi üçün vaxtının azaldığını bəyan etməsindən sonra iki ölkə arasındakı gərginlik daha da artıb. Adının açıqlanmasını istəməyən diplomat "FT"yə bildirib ki, danışıqlar aparan tərəflər “səylərini davam etdirirlər, lakin hələlik irəliləyiş əldə olunmayıb”.

Qeyd olunur ki, bu prosesə İsveçrə diplomatları da qoşulub və onlar da Vaşinqtonla Tehran arasında gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslərdə iştirak etməyə çalışırlar.

Məryəm Quliyeva

Избранный
94
2
xalqcebhesi.az

10Источники