RU

Zelenski Putini Kiyevə DƏVƏT ETDİ

Ajans.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Zelenskinin jurnalistlərə verdiyi açıqlamada deyib. “Əlbəttə ki, mənim üçün Moskvada Putinlə görüşmək mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə bilərəm; qoy gəlsin. Əgər qərar verərsə, onu açıq şəkildə dəvət edirəm”, – deyə Zelenski bildirib. Ukrayna Prezidenti vurğulayıb ki, ölkəsi müharibənin real sona çatmasını təmin etmək və məhsuldar danışıqlar aparmaq niyyətindədir. Zelenski rəhbərlik səviyyəsində görüş üçün istənilən real formatın uyğun olduğunu qeyd edib və müharibə bitdikdən sonra işləyən istənilən formatda görüşə hazır olduğunu əlavə edib. Xatırladaq ki, Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ yaxın gələcəkdə Zelenski ilə Putin arasında görüşün mümkünlüyünü istisna etməyib.

 

Избранный
38
32
Ajans.az

10Источники