Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə 10 ailə - 52 nəfər Tərtər rayonu ərazisindən yola salınıb.
Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.