RU

Gürcüstan həbsxanalarında 151 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 151 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilir.

2025-ci ilin noyabr ayının göstəricisi ilə müqayisədə say 10 nəfər artıb.

Azərbaycan vətəndaşlarının 45-i ittiham edilən (43 kişi, 2-si qadın), 106-sı (91 kişi, 15 qadın) məhkumdur.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 70 nəfərdir. Aylıq müqayisədə sayda 5 nəfər artım qeydə alınıb. Onların 60-ı kişi, 9-u qadın, 1-si isə yeniyetmə oğlandır.

Qonşu ölkədə ümumilikdə 1 555 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 649 əcnəbi isə probasiya nəzarətindədir.

"Cebheinfo.az"

Избранный
51
10
cebheinfo.az

10Источники