RU

Zelenski Moskvaya getməyəcək: "Putini Kiyevə dəvət edirəm..."

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin onu Moskvaya dəvət etməsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" məlumat yayıb.

Qeyd edilib ki, Zelenski Moskvaya getməyəcəyini, Rusiya Prezidenti Vladimir Putini Kiyevə dəvət etdiyini bildirib.

"Şübhəsiz ki, Putinlə Moskvada görüşməyim mümkün deyil. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə, qərar verərsə, onu açıq şəkildə dəvət edirəm", - Zelenski qeyd edib.

Zelenski liderlərin görüşünün istənilən real formatının Ukrayna tərəfinə uyğun olduğunu vurğulayıb: "Bunun hansı nəticə verəcəyini bilmirəm. Ancaq ən azından bu gün baş verənlərdən daha böyükdür".

Избранный
40
23
bakivaxti.az

10Источники