RU

Nəsimi rayonunda “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş şahmat turniri keçirilib - FOTO

“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbində Nəsimi rayon turniri təşkil edilib.

İdman.Biz xəbər verir ki, tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşəbbüsü ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunub.

Turnirin qalibləri Nəsimi rayonu üzrə gənclər və idman sektorunun müdiri, professor Yusif Babanlı tərəfindən təbrik edilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, turnirin sonunda qaliblər medal, diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

İdman.Biz
Избранный
5
12
idman.biz

10Источники