RU

Tramp İrana gizli zərbələri NƏZƏRDƏN KEÇİRİR

Ajans.az The New York Times-a istinadən xəbər verir. Mənbələr bildiriblər ki, Trampa son günlərdə İrana qarşı mümkün hücum variantlarının genişləndirilmiş siyahısı təqdim olunub. Amerika prezidenti hazırda ABŞ qüvvələrinin İran daxilində basqınlarını və nüvə, raket obyektlərinə daha ciddi zərbələr endirmə variantlarını nəzərdən keçirir. Ən riskli ssenarilər arasında 2025-ci ilin iyun ayında ABŞ zərbələri zamanı toxunulmaz qalan İranın nüvə proqramına aid obyektlərin məhv edilməsi və ya zədələnməsi məqsədilə ABŞ xüsusi təyinatlı qüvvələrinin gizli şəkildə yerləşdirilməsi də var. Bundan əlavə, ölkədə qeyri-sabitlik yaratmaq və hakimiyyət dəyişikliyi üçün İran rəhbərliyi ilə birbaşa əlaqəli hədəflərə qarşı zərbələrin endirilməsi variantları da müzakirə edilir. Məlumata görə, İsrail Vaşinqtonu İranın raket proqramına aid obyektlərə zərbə endirməyə inandırmağa çalışır. Eyni zamanda, ABŞ rəsmiləri bildiriblər ki, Tramp hələlik Pentaqonun təklif etdiyi heç bir hərbi variantla bağlı yekun qərar verməyib və diplomatik həll yolunu istisna etmir. Bəzi mənbələr qeyd ediblər ki, ABŞ prezidentinin sərt bəyanatları qismən İranı danışıqlara razı salmaq məqsədi daşıyır.

 

Избранный
73
50
Ajans.az

10Источники