RU

Göyçayda kənd çayxanasında qumar əməliyyatı: 3 nəfər 2 min manat cərimə edildi

BAKI, 30 yanvar. TELEQRAF

Göyçay rayonunda kənd çayxanasında qumar oynayan üç nəfər inzibati məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar rayonun Çərəkə kəndi ərazisində yerləşən çayxanada pul müqabilində kart oyunu ilə qumar oyununda iştirak ediblər.

Polisin keçirdiyi əməliyyat nəticəsində masanın üstündə qumara qoyulmuş 15 manat və 36 ədəd kartı götürülüb.

Saxlanılan şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə qumar oyununda iştirak edən üç nəfərin hər biri barəsində 2 min manat cərimə təyin edilib.

Bundan əlavə əməliyyat zamanı götürülən 36 ədəd oyun kartı, habelə qumara qoyulmuş 15 manatmüsadirə edilib.

Избранный
12
18
teleqraf.com

10Источники