Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvaya danışıqlara gəlmək üçün israrlı dəvətlərinə münasibət bildirib.
Zelenski bu məsələyə jurnalistlərlə söhbəti zamanı toxunub.
“Şübhəsiz ki, Putinlə Moskvada görüşməyim mümkün deyil. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə, qərar verərsə, onu açıq şəkildə dəvət edirəm”, – Zelenski qeyd edib.
MənbəAPA