AzVision.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Talk to Al Jazeera” proqramında çıxışı zamanı belə deyib.
“Sözsüz ki, NATO transatlantik birlik daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın əsas çərçivəsi olaraq qalır və həm Avropanın, həm də ABŞ-nin maraqlarına xidmət edir. Bununla belə, ABŞ və Avropa arasında nifaq yaranarsa, Avropa hansısa yolla öz müdafiə potensialını artırmalı olacaq”,– Türkiyə XİN-in rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) artıq müdafiə sənayesində addımlar atır, lakin bu kifayət deyil. Nazir qeyd edib ki, Böyük Britaniya, Türkiyə və aparıcı Avropa ölkələri yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı məzmunlu müzakirələr aparmalıdırlar.
“Əgər regionda bizim kollektiv təhlükəsizlik potensialımız olmasa, müxtəlif güclər və ağırlıq mərkəzləri ətrafında fırlanacağıq. Avropa öz güc mərkəzini yarada bilər. Əgər İngiltərə, Türkiyə, Fransa, Almaniya və digər böyük Avropa ölkələri öz qərarlarını verə bilsələr, biz transatlantik alyansa, Çinə və ya Rusiyaya doğru sürüklənmək məcburiyyətində qalmayacağıq”,– Hakan Fidan vurğulayıb.
Türkiyə XİN-in rəhbəri Avropanın seçim qarşısında olduğunu xüsusi vurğulayıb:ya Amerikanın “təhlükəsizlik çətiri”nə arxalanmağa davam edəcək, ya da, əgər onun sabitliyi şübhə altındadırsa, bütün regionun təhlükəsizliyini təmin edə biləcək öz güc mərkəzini yaradacaq.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта