RU

Azərbaycanda qumara görə 428 internet resursuna giriş məhdudlaşdırılıb

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidməti (ETX) qanunvericiliyin tələblərinə uyğunolaraq rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi,vətəndaşların hüquqlarının qorunması və qanunsuz məzmununyayılmasının qarşısının alınması istiqamətində monitorinq vənəzarət tədbirlərini davam etdirir.

Trend xəbərverir kİ, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdənvə dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də Xidmətinapardığı monitorinqlər əsasında qanunla qadağan ediləninformasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatınaməhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində girişməhdudlaşdırılıb.

Girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştirakatəhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyəthüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.

ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitindəqanunvericiliyin tələblərinə əməl etməyə, eləcə də aşkarladıqlarıqanun pozuntuları ilə bağlı “1654” qaynar xətti, www.cert.az saytıvə ya [email protected] elektron poçt ünvanı vasitəsilə Xidmətə müraciətetməyə çağırır.

Избранный
6
4
az.trend.az

9Источники