RU

Rafael Fiziyev və Maurisio Ruffi arasında çəkiölçmə mərasimi keçirilib

Yüngül çəki kateqoriyasında UFC reytinqinin doqquzuncu pilləsində qərarlaşan azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə braziliyalı Maurisio Ruffi arasında baş tutacaq qarşılaşma öncəsi rəsmi çəkiölçmə mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, Avstraliyanın Sidney şəhərində təşkil olunacaq UFC-325 turniri ərəfəsində “Ataman” ləqəbli idmançımız tərəzidə 70,53 kq, rəqibi isə 70,42 kq çəkidə qeyd olunub.

Tədbir yanvarın 31-dən fevralın 1-nə keçən gecə baş tutacaq.

Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyevin peşəkar karyerasında 13 qələbə və 4 məğlubiyyət var. 29 yaşlı Maurisio Ruffi isə indiyədək keçirdiyi döyüşlərin 12-də qalib gəlib, 2-də məğlub olub.

İdman.Biz
Избранный
28
14
idman.biz

10Источники