RU

Lənkəranda “Tariximiz qürurumuzdur” adlı tədbir keçirildi

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şəhidlik ən müqəddəs bir zirvədir. Bu ucalıq şərəfinə yalnız torpaq, Vətən naminə canından keçənlər nail ola bilir və onlar ürəklərdə yaşamaqla heç zaman ölmürlər. Belə ölümsüzlüyə qovuşan, adı qürurla çəkilən qəhrəmanlardan biri də Birinci Qarabağ müharibəsi şəhidi Valid Rakif oğlu Süleymanovdur. Valid Lənkəranda boya-başa çatıb. Burada kiçik də, böyük də öz qəhrəman oğlunun xatirəsini həmişə əziz tutur, məqamında onu böyük ehtiramla yad edirlər.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində ölməz Vətən sevdalısının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyevanın, digər rəsmi şəxslərin, Şürük kənd tam orta məktəbin müəllim və şagird kollektivinin, təhsil və mədəniyyət işçilərinin, şəhid ailələrin, müharibə əlillərinin və rayon ictimaiyyətinin nümayəndələrin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxundu, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Mərkəzinin direktoru ReyhanəSadıxova tədbirin giriş sözündə dedi:-Birinci Qarabağ müharibəsi şəhidləri ilk müstəqil addımlarını atan dövlətimizin qorunması və onun əbədi yaşadılması yolunda sözün əsl mənasında qəhrəmanlıq göstərdilər. Onların xatirəsini daim ehtiramla anılması gənc nəsil üçün böyük örnək olar.

Şəhid Valid Süleymanovun əziz xatirəsinə həsr olunmuş video çarxın nümayişindən sonra digər çıxışçılar- Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Şürük kənd tam orta məktəbinin müəllimi Ramilə Süleymanova, “Həqiqətlər və faktlar” ictimai-hüquqi qəzetinin müxbiri Ülviyyə xanım, şəhidin bibisi Xoşqədəm Süleymanova Birinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçən qəhrəmanların Azərbaycan tarixində silinməz iz qoyduğunu qürurla söylədilər, eləcə şəhid ailələrinə göstərilən dövlət qayğısına yüksək qiymət verdilər, hər bir şəhid ailəsinin ağrısı xalqın ümumi ağrısı olduğunu xüsusi olaraq vurğuladılar.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında səslənən şerlər və mahnılar, nümayiş olunan səhnəciklər tədbirə bir qəhrəmanlıq, vətənpərvərlik ovqatını qatdı.

Söz alan şəhidin anası tədbirin təşkilində əməyi olan hər kəsə, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin razılığını bildirdi.

Tədbirdə xatirə şəkilləri də çəkildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
44
sesqazeti.az

10Источники