RU

Qazaxıstandan Azərbaycana taxıl ixracı azalıb

Astana. Trend:

2025-ci ilin sentyabr- dekabr aylarında QazaxıstandanAzərbaycana buğda ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə34% azalaraq 126,9 min ton təşkil edib.

Trend QazaxıstanınTaxıl İttifaqına istinadən xəbər verir ki, bu barədə qurumunAnalitika Komitəsinin rəhbəri Yevgeni Karabanov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan 4 ay ərzində 4 milyon 123,3 minton buğda (yumşaq və bərk) ixrac edib ki, bu da ötən mövsümün eynidövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.

Eyni zamanda, dekabr ayında ixrac bütün tarix ərzində mütləqaylıq maksimum göstəriciyə çataraq 1 milyon 778 min ton olub ki, buda noyabr ayı ilə müqayisədə 2,1 dəfə, 2024-cü ilin dekabrı iləmüqayisədə isə 1,85 dəfə çoxdur.

“Beləliklə, cari marketinq ilinin dörd ayı ərzində buğdanınixrac potensialının təxminən 50%-i reallaşdırılıb”, – deyəKarabanov qeyd edib.

Bundan əlavə, 2025-ci ilin sentyabrında başlayan marketinqilinin əvvəlindən Qazaxıstan buğdası ötən ilin sentyabr–dekabraylarında ixracın olmadığı ölkələrə də göndərilib. Belə ki,Əlcəzairə 140 min ton (2025-ci ilin dekabrında 56,5 min ton), İrana56,5 min ton, Niderlanda 2,9 min ton və Portuqaliyaya 2,2 min tonbuğda ixrac olunub.

Məqalədə:
Избранный
75
50
az.trend.az

10Источники