RU

SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” beynəlxalq konfrans keçirilib - FƏRİD MƏMMƏDOV

"Hesabat dövründə həmçinin DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib".

SİA-nın verdiyi məlumata görə, bu sözləri DOST Agentliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, 20 ölkədən 430 nəfərə yaxın şəxsin iştirak edib: "Konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsi olub".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
51
50
sia.az

10Источники