RU

Tehran Lətifov əvvəllər də həbs olunubmuş

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Şəkidə tanınan iş adamı Tehran Lətifov münaqişədə olduğu ana və oğlunu həbs etdirmək üçün onların avtomobilinə narkotik vasitə qoydurmağa cəhd etməkdə ittiham olunur. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırma zamanı məlum olub ki, o, tanışları vasitəsilə Bakıdan külli miqdarda marixuana aldıraraq Şəkiyə göndərib. Narkotikin Vasif Səlimovun avtomobilinə yerləşdirilməsi planlaşdırılıb.

Qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində planın qarşısı alınıb, təqsirləndirilən şəxslər saxlanılıb. Tehran Lətifov və digərlərinə Cinayət Məcəlləsinin narkotiklərin qanunsuz dövriyyəsi və saxta sübutlar yaratma maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.

Qaynarinfo xəbər verir ki, mediada yayılan məlumatlara görə, Tehran Lətifovun adı 2000-ci ilin noyabrında - Azərbaycan parlament seçkilərindən sonra Şəkidə baş verən iğtişaşların təşkilatçılarından biri kimi çəkilib və o, bu hadisələrlə bağlı həbs olunub. Məlumata görə, 2003-cü ildə Prezident fərmanı ilə əfv edilib.

Sonrakı illərdə Tehran Lətifovun adı müxtəlif qanunsuz fəaliyyətdə hallanıb. Xəbərlərdə qeyd edilir ki, 2016-cı ilin may ayında iş adamı və bir şəriki aksiz markası və lisenziyası olmayan tütün məmulatlarının istehsalı və satışı ilə əlaqədar polis tərəfindən saxlanılıb və tütün məhsullarının böyük miqdarı aşkar olunub.

Belə ki, 2016-cı ilin may ayında Tehran Lətifov öz şəriki ilə Oğuz şosesinin kənarında yerləşən gizli anbarda xüsusi avadanlıqlardan istifadə etməklə küllü miqdarda (16023 manat dəyərində) mənşəyi bilinməyən bitkilərdən 53410 qutu aksiz markası və lisenziyası olmayan "Prima” markalı tütün məmulatı hazırlayıblar. Onlar tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı və texniki göstəriciləri barədə yanlış məlumatlar verməklə həmin tütün məmulatlarının 1600 ədəd qutusunu 480 manata satıblar. Şəki polis şöbəsi Tehran Lətifovu və onun şərikini saxlayıb. Onlara məxsus emalatxanaya baxış zamanı əlavə olaraq 51810 ədəd "Prima” markalı tütün məmulatı aşkar edilərək götürülüb. 

Tehran Lətifovun adı həmçinin Şəki rayonundakı "Marxal” istirahət mərkəzi ilə bağlı mübahisələrdə çəkilib. Bu obyektin düzgün özəlləşdirilməməsi barədə məhkəmə prosesləri yaşanıb və bu, mübahisələrə və mülkiyyət məsələlərinə səbəb olub. 1998-ci ildə "Marxal"ı Tehran Lətifov özəlləşdirib. 2006-cı ildə isə Şəki İpək Kombinatı bu obyektin düzgün özəlləşdirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Yerli məhkəmələrdə çəkişmələrdən sonra nəhayət 2010-cu ildə Ali Məhkəmənin qərarı ilə "Marxal"ın özəlləşdirilməsi ləğv edilib, istirahət zonası Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. 

2023-cü ildə yayılan bəzi xəbərlərdə bildirilib ki, Tehran Lətifov hüquq-mühafizə orqanları tərəfindən həbs olunub, lakin bu məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib - bu, iddia səviyyəsində təqdim edilir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
50
qaynarinfo.az

10Источники