![]()
Çin hazırda İrana çox ciddi kəşfiyyat dəstəyi verir və eyni zamanda özünün kosmik və peyk kəşfiyyatını sınayır.
Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Çin də ilk dəfə bu imkanlarını Rusiyanın Lviv və Odessaya zərbələri zamanı sınayıb. İndi isə ən önəmli istiqamətdə İrana dəstək verir.
Qeyd olunub ki, nəticələr çox yaxşıdır və İran ABŞ-nin addımlarından əvvəl xəbər tutur. Təsadüfi deyil ki, ABŞ İrana hücumu buna görə artıq 3 dəfə təxirə salaraq zaman dəyişib.
Başqa bir mənbə, “Modern Diplomacy”ın məlumatına görə, Çin İrana 12 günlük müharibədən sonra hərbi potensialını bərpa etməsi üçün ballistik raketlər üçün bərk yanacaq komponentləri, dəqiq yönləndirmə sistemləri, mikroprosessorlar və raket yanacağı üçün kimyəvi maddələr tədarük edib.
Mənbə iddia edir ki, eyni zamanda, Çin İranın hava hücumundan müdafiə və radar imkanlarını gücləndirir, o cümlədən İsrailin F-35 kimi “stealth” təyyarələrini aşkar edə bilən qabaqcıl radar sistemləri ilə ilk dəfə İranı təchiz edib.
Daşqın HəsənovMissiya.Az