RU

UEFA reytinqi: Azərbaycan 26-cı yerdə

Avrokuboklarda Liqa mərhələsinin sonuncu – VIII turunun oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Msport.az xəbər verir ki, “Qarabağ” son matçda “Liverpul”a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.

Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.

Избранный
32
10
msport.az

10Источники