RU

“Barselona” və “Çelsi”nin bir gözü “Qarabağ”da qaldı

Çempionlar Liqasında əsas mərhələsi başa çatıb və 1/8 finala gedən yolun xəritəsi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, əsas mərhələni müvafiq olaraq beşinci və altıncı pillələrdə tamamlayan “Barselona” və “Çelsi” birbaşa 1/8 finala vəsiqə qazanaraq pley-off mərhələsinin nəticələrini gözləyirlər.

Hər iki klubun yaydığı rəsmi məlumatda 1/8 finaldakı potensial rəqiblərin PSJ, “Nyukasl”, “Monako” və “Qarabağ”dan ibarət olduğu bildirilib.

Yanvarın 30-da keçiriləcək püşkatma mərasimindən sonra “Qarabağ” pley-off mərhələsində PSJ və ya “Nyukasl”la qarşılaşacaq.

Bu cütlüyün qalibi isə növbəti mərhələdə “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Избранный
76
50
sportinfo.az

10Источники