Azərbaycan Basketbol Liqasında XV tur davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun keçiriləcək.
B qrupunda baş tutacaq günün yeganə oyununda "Naxçıvan" ilə "Quba" üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
"Naxçıvan" 25 xalla qrupda ikinci yerdədir. 19 xala malik "Quba" isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyununda "Lənkəran" evdə "Ordu"ya 63:103 hesabı ilə uduzub.
XV tura fevralın 1-də yekun vurulacaq.