Müğənni Təranə Qumral və ailəsi qonaq olduqları televiziya proqramında qızı Sevginin nişanlanması ilə bağlı yayılan iddialara münasibət bildiriblər.
Publika.az xəbər verir ki, bir müddət əvvəl sosial şəbəkələrdə Sevginin nişanlandığına dair yayılan görüntülərə toxunan sənətçi bu xəbərləri təkzib edib.
Təranə Qumral bildirib ki, qızının nişanı olmayıb:
“Qızımızın nişanı olmayıb. Verilişlərdə xonça düzəldib Sevginin əlinə verdilər ki, şirinlik paylasın. Biz evdə belə bir şey etməmişik. Sadəcə iki efirdə şou xarakterli görüntülər olub. Evə gedəndən sonra Sevgi məni danladı ki, ‘bu xonça nə idi?’ Ortada heç nə yoxdur”.
Sənətçi əlavə edib ki, Sevginə elçi düşənlər olsa da, hazırda nişan məsələsi gündəmdə deyil:
“Qızımı istəyənlər var, amma nişan yoxdur. Hələ tezdir”.
Qeyd edək ki, sözügedən görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.(milli.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта