Müəllif: Gülnar Əhmədli, Banco.az
İspaniya 2025-ci ildə Azərbaycandan 38 milyon 585 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 104 milyon 394 min dollar və ya 3,7 dəfə azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İspaniyanın idxal etdiyi neftin həcmi 82 min 576 ton olub. Bu isə illik müqayisədə 167 min 819 ton və ya 3 dəfə azdır.
2024-cü ildə İspaniyanın idxal etdiyi neftin miqdarı 250 min 396 ton, dəyəri isə 142 milyon 979 dollar təşkil edirdi.
Qeyd edək ki, 2025-ci ildə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!