ABŞ-ı cənginə alan güclü qar fırtınası nəticəsində ölənlərin sayı 85-ə çatıb.
Qaziler.az bildirir ki, bu barədə "Associated Press" (AP) agentliyinin 30 yanvarda yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumatda deyilir.
Nəşrin məlumatına görə, ölümlərin təxminən yarısı Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb və burada on minlərlə ev buzlu hava və aşağı temperatur səbəbindən hələ də elektrik enerjisiz qalıb.
Tennessi ştatında sosial işçilər, polis və xilasedicilərlə birlikdə bir neçə gündür xəbər alınmayan sakinləri yoxlayırlar. Bir çox yaşlı insan elektrik, istilik və rabitə çatışmazlığına baxmayaraq evlərini tərk etməkdən imtina edir.
QAZİLER.AZ