RU

Böyük Britaniya səfiri: Azərbaycanla təhsil sahəsində əməkdaşlığımızı gücləndirəcəyik

BAKI, 30 yanvar. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsinin prioritet olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.

Diplomat hazırda Böyük Britaniyada müxtəlif akademik dərəcələr üzrə təhsil alan azərbaycanlı tələbələrlə görüşdüyünü bildirib.

"İstedadlı azərbaycanlı gənclər Böyük Britaniyada bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alırlar. Onlardan bir neçəsi ilə Qlazqoda görüşmək mənim üçün çox xoş oldu.

Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində ali təhsil sahəsində əməkdaşlığımızı daha da gücləndirməyi hədəfləyirik",- o qeyd edib.

Избранный
56
21
teleqraf.com

10Источники