RU

Trampdan Britaniyaya XƏBƏRDARLIQ

"Bunu etmək onlar üçün çox təhlükəlidir".

İki sahil” "Reuters"ə istinadla yazır ki, bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin cümə günü Pekinə səfərini şərh edərkən deyib.

O, Britaniyanı Pekinlə işgüzar münasibətlərə girməmək barədə xəbərdar edib.

Məlumata görə, Baş nazir Çin lideri Si Cinpin üç saatlıq danışıqlarda bazara çıxışı yaxşılaşdırmaq, tarifləri aşağı salmaq və investisiya sövdələşmələri ilə "daha mürəkkəb münasibətlər" qurmağa çağırıb.

Starmer Çin paytaxtında keçirilən Böyük Britaniya-Çin Biznes Forumunun iclasında bildirib ki, onun Si ilə "çox isti" görüşləri "ümid etdiyimiz səviyyədə qarşılıqlı əlaqə" təmin edib.

O, əlavə edib: "Biz isti münasibətlər qurduq və əslində bəzi real irəliləyişlər əldə etdikş Çünki Böyük Britaniyanın təklif edə biləcəyi çox böyük məbləğ var".

Starmer Çinə gedərkən təyyarədə jurnalistlərə bildirib ki, ölkəsinin ABŞ ilə sıx əməkdaşlıq etdiyi uzun tarixə görə, Britaniya Trampı qəzəbləndirmədən Çinlə iqtisadi əlaqələrini gücləndirməyə davam edə bilər.

O, müdafiə, təhlükəsizlik, kəşfiyyat və ticarət kimi sahələri sadalayaraq deyib: "ABŞ-la münasibətlərimiz ən yaxın münasibətlərimizdən biridir..." .

Baş nazir deyib ki, Britaniyanın ABŞ və ya Çin ilə daha yaxın əlaqələr arasında seçim etmək məcburiyyətində qalmayacağına əmindir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
67
36
ikisahil.az

10Источники